ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tovuzda yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qazıqulu kəndində qeydə alınıb.
Belə ki, sözü gedən kənddə bələdiyyə məxsus ərazidə olan yerdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı kol-kos və bir neçə şam ağacları yanıb. Yanğın söndürülüb, yaxınlıqda olan qaz xətti, evlər və orta məktəbinin binası yanğından mühafizə edilib.
Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.