Ajans.az hadisə rayonun Qazıqulu kəndində baş verib. Sözügedən kənddə bələdiyyəyə məxsus ərazidə olan yerdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı kol-kos və bir neçə şam ağacları yanıb. Yanğın söndürülüb, yaxınlıqda olab qaz xətti, evlər və orta məktəbinin binası yanğından mühafizə edilib. Hadisə ilə bağlı araşdırma aparılır.