AZ

Xaçmazda çaqqallar kənd sakinlərinə hücum etdi, yaralananlar var

Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.

Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfəri dişləyib. Dominos pizza

Belə ki, xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
5
29
yenisabah.az

10Mənbələr