AZ

“Ukraynalılar işğalçıya torpaq verməyəcəklər” – Zelenski


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün mümkün “ərazi mübadiləsi” ilə bağlı dediklərinə cavab verib.
Yeniavaz.com
xəbər verir ki, Zelenski müraciətində Ukrayna ərazilərinin güzəşt olunmayacağını deyib.
“Ukraynanın ərazi məsələsinin cavabı artıq Ukrayna Konstitusiyasında var. Bundan heç kim geri çəkilməyəcək və geri dönə bilməyəcək. Ukraynalılar öz torpaqlarını işğalçıya verməyəcəklər”, - Ukrayna prezidenti bildirib.
Qeyd edək ki, “Wall Street Journal”ın öz mənbələrinə istinadən yaydığı məlumata, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın əsasən Rusiyanın nəzarətində olan Donetsk və Luqansk bölgələrindən imtina etməsi müqabilində atəşkəsə hazırdır.
“Ukrayna sülh gətirə biləcək real həll yollarına hazırdır. Bizə qarşı yönəlmiş istənilən həll, Ukraynasız istənilən həll eyni zamanda sülhə qarşı həlldir. Onlar heç nə gətirməyəcək. Bunlar ölü həllərdir, heç vaxt işləməyəcək”, - Zelenski deyib.
O, müraciətində Tramp və digər tərəfdaşlarla “əsl sülh” üçün əməkdaşlığa hazır olduğunu bildirib.
Seçilən
32
28
yeniavaz.com

10Mənbələr