Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası "Kyzerslautern"in heyətində Almaniyanın 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedək kollektiv doğma azarkeşləri önündə "Şalke"ni qəbul edib.
Mahirin komandası rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 55-ci dəqiqədə Marlon Ritter penaltidən vurub.
Emreli start heyətində yer alıb və 72-ci dəqiqəyə kimi meydanda olub. O, 52-ci dəqiqədə sarı vərəqə alıb.
Mövsümdə ilk qələbəsini qazanan “Kayzerslautern”in axtivində 3 xalı var.