Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Almaniya kubokunda mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, komanda bu gün 1-ci mərhələdə 5-ci liqa təmsilçisi "Ayntraxt 1949"un qonağı olub.
Oyun "Kayzerslautern"in 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir start heyətdə yer alıb və görüşün sonuna qədər meydanda olub. O, 15-ci dəqiqədə hesabı 2:0 komandasının xeyrinə edib. Bu, Emrelinin yeni mövsümdə ilk rəsmi qolu olub.
"Kayzerslautern" 1990 və 1996-cı illərdə Almaniya kubokunu qazanıb.
"Ayntraxt 1949" - "Kayzerslautern" - 0:7
Qollar: Kunze, 11; Emreli, 15; Ji-Soo, 24; Hanslik, 35; Ritter, 49; Raşi, 72; Taçi, 90+1