AZ

Britaniyanın XİN rəhbəri Vens, Yermak və Umerov ilə Ukraynanı müzakirə edib

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Avropa liderlərinin milli təhlükəsizlik üzrə müşavirləri ilə Ukrayna üzrə danışıqlar aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə Lemmi “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Londonda baş tutan görüşdə Ukraynada sülh üçün növbəti addımlar müzakirə edilib: “Böyük Britaniyanın Kiyevə dəstəyi dəyişməz olaraq qalır. Biz ədalətli və davamlı sülh üçün çalışmaqda davam edirik”.

Seçilən
1
5
ikisahil.az

7Mənbələr