AZ

Britaniya XIN Ukrayna ilə bağlı danışıqlar apardı

BAKI, 9 avqust.TELEQRAF.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi London yaxınlığında ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Kiyev Prezidenti Volodimir Zelenskinin aparat rəhbəri Andriy Yermak, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Avropa liderlərinin milli təhlükəsizlik müşavirləri ilə Ukrayna üzrə danışıqlar aparıb.

Teleqraf xəbər verir ki, Britaniya rəsmisi bu barədə sosial şəbəkə hesabında yazıb.

O bildirib: "Avqustun 9-da mən "Chevening House"-da Andriy Yermak, Rustem Umerov, J.D. Vance və Avropa milli təhlükəsizlik müşavirləri ilə Ukraynada sülh üçün növbəti addımları müzakirə etmək üçün görüşdüm. Böyük Britaniyanın Ukraynaya dəstəyi dəyişməz olaraq qalır. Biz ədalətli və davamlı sülh üçün çalışmaqda davam edirik".

Seçilən
37
5
teleqraf.com

7Mənbələr