Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" bu gün Bundesliqa 2-də növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" "Şalke"ni qəbul edib. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayıb. M. Emrelinin bu görüşdə start heyətdə meydana daxil olub və 72 dəqiqə mübarizə aparıb. 28 yaşlı hücumçu 52-ci dəqiqədə sarı vərəqə alaraq "fərqlənib". Bundan 3 dəqiqə sonra onun komanda yoldaşı Marlon Ritter penalti zərbəsini dəqiq yerinə yetirib. 

Hazırda 3 xalı olan və turnir cədvəlində 11-ci yerdə qərarlaşan. "Kayzerslautern" ilk turda "Hannover"ə 0:1 hesabı ilə məğlub olmuşdu. 9-cu pilləni tutan "Şalke" isə liqaya qələbə ilə başlamışdı (2:1).

9 avqust

Bundesliqa 2

II tur

22:30 "Kayzerslautern" - "Şalke"