"Kristal Pelas"ın müdafiəçisi Mark Qehinin "Liverpul"a keçidi bu həftə rəsmiləşə bilər
90deqiqe.Az-ın "The Telegraph"a istinadən məlumatına görə, mersisayd klubu 25 yaşlı İngiltərə millisinin xidmətində əsas favorit hesab olunur.
"Çelsi" isə öz yetirməsinin geri dönüşü məsələsini hazırda müzakirə etmir.
Qeyd edək ki, Qehinin London klubuyla müqaviləsi 2026-cı ilin ortalarınadək qüvvədədir. "Kristal Pelas" futbolçunu bu yay satmasa, gələn il onu sərbəst agent kimi itirmək riski var.
Transfermarkt portalı Mark Qehinin bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirir.