AZ

Tramp dünyanın ən təhlükəli şəhərlərindən birinin adını çəkdi

BAKI, 9 avqust. TELEQRAF

Küçə cinayətlərinin artması səbəbindən Vaşinqton dünyanın ən təhlükəli şəhərlərindən birinə çevrilib.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında belə yazıb.

Amerika lideri ABŞ-ın paytaxtının hazırda təhlükəli olduğunu bildirsə də, yaxın vaxtda vəziyyəti düzəldəcəyini vəd edib.

O yazıb ki, avqustun11-dəAğ Ev Vaşinqtonda zorakı cinayətlərə son qoyacaq mətbuat konfransı keçirəcək.

D.Trampın bu açıqlamasına səbəb son zamanlar bir qrup yeniyetmənin 19 yaşlı sahibkar İlon Maskın keçmiş köməkçisi, eyni zamanda Big Balls ləqəbi ilə tanınan Edvard Koristinə qarşı vəhşicəsinə hücumu ilə bağlı insident olub. Daha sonra Bloomberg yazıb ki, Tramp Vaşinqtonda cinayətə qarşı tammiqyaslı mübarizəyə başlayıb.

Seçilən
62
7
teleqraf.com

10Mənbələr