Məhəmməd Əsədullazadə: “Rusiyanın MDB ölkələrinə qarşı işğalçılıq siyasəti hələ də davam edir”
Rusiya hazırda elə bir vəziyyətə düşüb ki, özünün işğalçılıq maraqlarını qətiyyən gizlətmir, əksinə, hər addımda büruzə verir. Bu günMDB-də iki işğalçı dövlət mövcuddur, onun biri Ermənistan, ikincisi Rusiyadır. Rusiyanın bu işğalçılıq siyasətindən hazırda Ukrayna xalqı çox ciddi əziyyət çəkir, onlar faciə yaşayırlar. Rusiya həm Ukraynaya, həm də digər dövlətlərə vəhşi münasibət sərgiləyir. Rusiyanın postsovet məkanında Ermənistandan sonra ikinci işğalçı dövlət olması nəticəsində postsovet məkanının Rusiyadan üz döndərməsi prosesi gedib. Bilirik ki, Rusiyanın işğalçılıq siyasəti üzündən Gürcüstan MDB-dən çıxıb, Moldova bu qurumu tərk edib. Rusiyanın təsir vasitəsi hesab etdiyi MDB-nin artıq dağılması prosesi başlayıb vəAzərbaycan da artıq onun tədbirlərinə qatılmır. Baş nazirin müavini Yaqub Eyyubov MDB İqtisadi Şurasının iclasını boykot etdi və o tədbirə qatılmadı. Bütün bunlar onu göstərir ki, Rusiyanın işğalçı sifəti getdikcə qabarıq şəkildə üzə çıxıb. MDB məkanında Rusiyanın bu işğalçılıq siyasətinin davam etməsinin əsas hədəflərindən biri də məhz Azərbaycandır.
Xatırladaq ki, xeyli müddət əvvəl Azərbaycanın Ukraynadakı səfirliyi istiqamətində raket zərbəsi endirilib, daha sonra SOCAR-ın ofisinin yanına raketin düşməsi hadisəsi baş verib.
Avqustun 8-də isə Azərbaycan neftinin də ixrac edildiyi Ukraynanın Odessa şəhəri istiqamətində qaz kəməri sisteminin, SOCAR-ın yanacaqdoldurma məntəqəsinin növbəti dəfəhədəfə alınması və zərbələrə məruz qalması Rusiyanın Azərbaycana qarşı düşmənçiliyinin nümunəsi kimi özünü göstərir.
Təyyarəmizin vurulması, Yekaterinburqda baş verən hadisələr də Rusiyanın bu münasibətinin təzahürüdür. Artıq Rusiyanın MDB-də əsas işğalçı dövlətə çevrilməsi və onun işğalçı siyasəti üzündən MDB-nin getdikcə dağılması prosesinin şahidi oluruq.
Konkret SOCAR-a qarşı bu zərbə Rusiyanın Azərbaycandan qisas əməliyyatı sayıla bilərmi? Rusların bu zərbəsinin ABŞ görüşü ərəfəsində baş verməsi təsadüfdür?
Qeyd edək ki, avqustun 8-də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev ABŞ-da Ağ Evdə üçtərəfli bəyannamə imzaladılar. Bu mühüm hadisənin baş verdiyi ərəfədə Rusiya SOCAR-ın Odessadakı neft bazasını partladıb, itkilər baş verib, xəsarət alanlar olub. Bütün baş verənlərin kökündə isə Rusiyanın yırtıcı işğalçılıq siyasəti dayanır.
“...Həyata keçirdiyi bu təcavüz aktı Azərbaycana...”
Politoloq Məhəmməd Əsədullazadə baki-xeber.com-a bildirdi ki, Ermənistandan sonra MDB-də ikinci işğalçı dövlət olan Rusiyanın sifəti tamamilə ifşa olunur və məkrli niyyətləri açılır. O vurğuladı ki, Rusiya MDB-də ən işğalçı dövlətə çevrilib və bu işğalçı siyasətin üzündən MDB sürətlə dağılır və artıq MDB-nin gələcəyi yoxdur.
“Təbii ki, Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh danışıqlarında müəyyən nəticələrin əldə olunması Rusiyanı həddindən artıq narahat edir. Rusiya ona görə də Azərbaycanla əlaqələri böhran halına gətirib. Halbuki, bütün problemlər Rusiyadan qaynaqlanır. Ötən 5 il ərzində Rusiyanın kifayət qədər imkanları vardı ki, ABŞ-ın indiki yerini özü alsın. Amma Rusiya rəhbərliyi reallıqları görə, siyasi prosesləri düzgün qiymətləndirə bilmədi, XIX əsr rus çarı eyforyasında qaldı. Bu proseslər də Rusiyanın əleyhinə işlədi”.
Müsahibimiz qeyd etdi ki, AzərbaycanınUkraynaya qaz ixracatından Rusiya narahatdır və bu səbəbdən də sözügedən hallar baş verib. O hesab edir ki, bu, Rusiyanın Azərbaycana qarşı hərbi təzyiqi kimi də qiymətləndirilə bilər, amma bundan o yana keçməyəcək. “Avqustun 8-də Rusiyanın həyata keçirdiyi bu təcavüz aktı Azərbaycana bir mesaj idi. Bu halın baş verməsi təsadüfi deyildi. Rusiya proseslərdən kənarda qaldı. Artıq prosesləri Amerika idarə edəcək, Rusiya zəifləyib və ABŞ-dan aslıdır. Bütün bunlara baxmayaraq, Rusiyanın MDB ölkələrinə qarşı işğalçılıq siyasəti hələ də davam edir, Rusiya geri oturmaq istəmir, amma proseslər onun əleyhinə işləyir. Onun işğalçılıq siyasəti nəticəsində MDB-də sürətlə dağılma prosesi getdiyinin də şahidiyik. Bütün proseslər də Rusiyanın əleyhinədir”-deyə M.Əsədullazadə bildirdi.
İradə SARIYEVA