AZ

MKİ və FTB nin keçmiş direktoru vəfat etdi

ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Uilyam Vebster 101 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə FTB-nin saytında dərc olunan məlumatda deyilir.

“FTB Uilyam Vebsterin ailəsinə başsağlığı verir”, - deyən mənbə onun ABŞ Hərbi Dəniz Qüvvələri və federal məhkəmə də daxil olmaqla ölkəsinə 60 ildən çox xidmət etdiyini qeyd edib.

Xatırladaq ki, Vebster 1978-1987-ci illərdə FTB-yə və 1987-1991-ci illərdə MKİ-yə rəhbərlik edib. “The Wall Street Journal” yazıb ki, o, Amerika tarixində hər iki kəşfiyyat agentliyinə rəhbərlik edən yeganə şəxs olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
2
news24.az

3Mənbələr