AZ

Rusiyanın ən böyük zavodlarından birində dəhşətli partlayış

Rusiyanın Sterlitamak şəhərində ən böyük soda istehsalı zavodunda qaz baş verib.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb. 

Başqırdıstanın səhiyyə naziri Ayrat Raxmatullin bildirib ki, "Bashkir Soda Company" ASC-nin istehsalat sahəsində baş verən partlayışın nəticəsində 25 nəfər xəstəxanaya çatdırılıb. 

Yanğının fəsadların aradan qaldırılmasına 42 nəfər canlı qüvvə və 15 texnika cəlb olunub.Hadisə yerində 19 təcili yardım briqadası işləyir. 

Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatına görə, hadisə zamanı azı 36 nəfər xəsarət alıb. Hazırda ölənlər barədə məlumat yoxdur.

Məlumata görə, əza planlaşdırılan əsaslı təmirə hazırlıq zamanı baş verib. 

 

Seçilən
113
21
qafqazinfo.az

10Mənbələr