ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüş yerini və tarixini açıqlayıb.
"Unikal" xəbər verir ki, Ağ Ev rəhbəri Putinlə avqustun 15-də Alyaskada görüşəcəyini bildirib.
Bundan əvvəl Tramp Vladimir Putinlə görüş üçün təklif olunan yeri “məşhur” adlandırmışdı. O, həmçinin Rusiya lideri ilə "mümkün qədər tez" görüşəcəyini vəd etmişdi.