AZ

“Bu ticarət sazişləri xalqlara firavanlıq gətirəcək” - ABŞ Dövlət Departamenti

“Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında bugünkü tarixi sülh sazişini qeyd edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bu gün Vaşinqtonda imzalanmış Sazişə Dövlət Departamentinin münasibətini bildirərkən söyləyib. 

“Prezident Tramp hər iki tərəfi dəvət etdi və onilliklərlə davam edən münaqişəyə son qoyan razılaşmaya vasitəçilik etdi. Bu, hər iki ölkə üçün diqqəti Cənubi Qafqaz regionunun iqtisadi potensialının açılmasına və irəliləməsinə yönəltmək üçün bir fürsətdir. Bu, Amerika xalqına, eləcə də Azərbaycan və Ermənistana ticarət sazişləri və firavanlıq gətirəcək. Biz hər iki ölkəni sülhün yeni dövrü münasibətilə təbrik edirik”, -deyə Rubio bildirib.

 

Seçilən
26
qafqazinfo.az

1Mənbələr