AZ

Polşalı qapıçı “Qəbələ”yə keçməkdən imtina etdi

Premyer Liqanın startına qədər transfer çalışmalarını yekunlaşdırmağa çalışan "Qəbələ"nin son anda bir keçidi alınmayıb.

Bizim.Media xəbər verir ki, "Qəbələ" Kevin Komarla razılıq əldə etsə də, polşalı qapıçı son anda fikrini dəyişib. O, Kiprin AEK (Larnaka) klubuna keçib.

22 yaşlı əlcək sahibinin qərarını dəyişməsinə səbəb maliyyə şərtləri olub. Komar AEK-dən daha sərfəli təklif alıb və onu dəyərləndirmək qərarına gəlib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
8
2
bizim.media

3Mənbələr