AZ

“France Football” “ən yaxşı” adına namizədləri açıqladı

“France Football” nəşri geridə qalmış 2024/2025-ci illər mövsümünün ən yaxşıları ilə bağlı namizədlərinin siyahılarını açıqlayıb.

Arena.az müəyyən seçimlər üzrə namizədlərin siyahılarını təqdim edir:

“Qızıl top” müfafatına namizədlərin siyahısı:
Usman Dembele (PSJ, Fransa);
Canluici Donnarumma (PSJ, İtaliya);
Cud Bellingem (“Real”, İngiltərə);
Dezire Due (PSJ, Fransa);
Denzel Dyumfris (“İnter”, Niderland);
Seru Girassi (“Borussiya” (Dortmund), Qvineya);
Erlinq Holann (“Mançester Siti”, Norveç);
Viktor Dyökereş (“Arsenal”, İsveç);
Əşrəf Hakimi (PSJ, Mərakeş);
Harri Keyn (“Bayern”, İngiltərə);
Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan);
Robert Levandovski (“Barselona”, Polşa);
Aleksis Makallister (“Liverpul”, Argentina);
Lautaro Martines (“İnter”, Argentina);
Skott Maktominey (“Napoli”, Şotlandiya);
Kilian Mbappe (“Real”, Fransa);
Nunu Mendeş (PSJ, Portuqaliya);
Juan Neveş (PSJ, Portuqaliya);
Pedri (“Barselona”, İspaniya);
Koul Palmer (“Çelsi”, İngiltərə);
Maykl Olise (“Bayern”, Fransa);
Rafinya (“Barselona”, Braziliya);
Deklan Rays (“Arsenal”, İngiltərə);
Fabian Ruis (PSJ, İspaniya);
Vircil van Deyk (“Liverpul”, Niderland);
Vinisius Junior (“Real”, Braziliya);
Məhəmməd Salah (“Liverpul”, Misir);
Florian Virts (“Liverpul”, Almaniya);
Vitinya (PSJ, Portuqaliya);
Lamin Yamal (“Barselona”, İspaniya).

Xatırldaq ki, “Qızıl top” mükafatının 2023/2024-cü iilər mövsümünün qalibi adına “Mançester Siti”nin hazırda 29 yaşlı ispan dayaq yarımmüdafiəçisi Rodri layiq görülüb.

21 yaşa qədər futbolçuya təqdim edilən “Kopa Mükafatı”na namizədlərin siyahısı:
Pau Kubarsi (“Barselona”);
Əyyub Buaddi (“Lill”);
Dezire Due (PSJ);
Estevan Villian (“Çelsi”);
Din Höysen (“Real”);
Maylz Luis-Skelli (“Arsenal”);
Rodriqu Mora (“Portu”);
Juan Neveş (PSJ);
Lamin Yamal (“Barselona”);
Kenan Yıldız (“Yuventus”).

Xatırladaq ki, 2024-cü ilin “Kopa Mükafatı”na “Barselona”nın hazırda 18 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal layiq görülüb.

İlin məşqçisi adına namizədlərin siyahısı:
Antonio Konte (“Napoli”);
Luis Enrike (PSJ);
Hans-Diter Flik (“Barselona”);
Entso Mareska (“Çelsi”);
Arne Slot (“Liverpul”).

Xatırladaq ki, 2023/2024-cü iilər mövsümündə ilin məşqçisi adına o vaxt “Real”ı çalışdıran, hazırda Braziliya millisinin sükanı arxasında olan 66 yaşlı italyan mütəxəssis Karlo Ançelotti layiq görülüb.

İlin komandası adına namizədlərin siyahısı:
PSJ (Fransa);
“Botafoqo” (Braziliya);
“Barselona” (İspaniya);
“Çelsi” (İngiltərə);
“Liverpul” (İngiltərə).

Xatırladaq ki, “France Football” qalibləri cari ilin sentyabr ayının 22-də Parisdə təşkil ediləcək təqdimat mərasimində açıqlayacaq.

Seçilən
39
29
arena.az

10Mənbələr