AZ

Rusiya MN: 23 Ukrayna PUA-sı məhv edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri (HÜM) saat 15:00-dan 17:25-dək Rusiyanın üzərində 23 ukraynalı pilotsuz uçuş aparatını (PUA) vurub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bryansk vilayəti üzərində 11, Kaluga vilayəti üzərində isə 6 PUA məhv edilib. Bundan əlavə, Krasnodar diyarı və Orlov vilayəti üzərində iki ədəd PUA zərərsizləşdirilib. Kursk vilayəti və Azov dənizi akvatoriyası üzərində isə hərəyə bir pilotsuz aparat vurulub.

Seçilən
42
50
nocomment.az

10Mənbələr