AZ

 Tramp və Putinin görüşü gələn həftənin sonunda baş tuta bilər

Ajans.az xəbər verir ki, bu barədə "Sky News"a ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib. Onun sözlərinə görə, yer hələ də müzakirə olunur, variantlar arasında BƏƏ, Macarıstan, İsveçrə və İtaliya da var. Görüşün təfərrüatları və logistikası qeyri-müəyyən olaraq qalır və dəyişə bilər. Görüşün dəqiq tarixi hələ müəyyən edilməyib, Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirak edib-etməyəcəyi də məlum deyil.

Amerika rəsmisi qeyd edib ki, Rusiya tərəfi mümkün atəşkəs üçün tələblərin siyahısını təqdim edib. Vaşinqton hazırda Ukrayna və onun avropalı müttəfiqlərinin dəstəyini almağa çalışır.

Seçilən
35
7
Ajans.az

10Mənbələr