Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə tarixi görüşləri olacaq.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin ABŞ lideri Donald Trampla görüşü yerli vaxtla saat 15:20-də (Bakı vaxtı ilə 23:20) nəzərdə tutulub.
Yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 00:00) ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.
Prezident İlham Əliyevin tarixi görüşləri Azərbaycan telekanalları vasitəsilə canlı yayımlanacaq.