Fransanın PSJ-nin hücumçusu Randal Kolo-Muani karyerasını “Nyukasl”da davam etdirə bilər.
90deqiqe.Az-ın "Sky Sport DE"yə istinadən yaydığı məlumata görə, "sağsağanlar" fransalı forvard üçün danışıqlara başlayıb. 26 yaşlı forvard, Benyamin Şeşko transferinin baş tutmamasından sonra “dünyalar”ın transfer siyahısında ön sıralarda yer alır.
Futbolçunun Paris təmsilçisi ilə müqaviləsi 2028-ci ildə başa çatır. Transfermarkt onun bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir, lakin PSJ rəhbərliyi bu məbləğin təxminən ikiqatını tələb edir.
Ötən mövsüm Kolo-Muani klub səviyyəsində 36 oyunda 12 qol vurub və 4 məhsuldar ötürmə edib. Bunlardan 22 oyun, 10 qol və 3 ötürmə “Yuventus”un heyətində qeydə alınıb.