Ajans.az xəbər verir ki, danışıqların keçiriləcəyi Ağ Evin qarşısında hər üç ölkənin dövlət bayraqları düzülüb. Fəxri qarovul üçün hərbçilər əraziyə gəliblər. Media nümayəndələri də Ağ Evin qarşısına və Oval ofisə toplaşırlar. ABŞ lideri D.Tramp əvvəlcə Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Sonra D.Trampla Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli danışıqlar olacaq. Daha sonra isə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü olacaq. Görüşə dünya mətbuatı böyük maraq göstərir. Onlarla media qurumunu təmsil edən jurnalistlər görüşü işıqlandırmaq üçün gözləyirlər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədirlər.