AZ

Dardanel boğazında gəmilərin hərəkəti dayandırılıb

Türkiyənin Dardanel boğazında gəmilərin hər iki istiqamətdə hərəkəti yanğınlar səbəbindən dayandırılıb. Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dəniz Məsələləri Departamenti məlumat yayıb. "Çanaqqala vilayətində baş verən yanğınlar səbəbindən Dardaneldə gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb", - məlumatda bildirilib. IHA agentliyinin məlumatına görə, yanğınlardan biri Sarıcaeli yaşayış məntəqəsi yaxınlığında baş verib. Güclü küləyin təsiri ilə alov sürətlə geniş əraziyə, o cümlədən kənd təsərrüfatı torpaqlarına yayılıb və yaşayış məntəqəsinə yaxınlaşıb. Dardanel boğazı Egey dənizini Mərmərə dənizi ilə və Bosfor vasitəsilə Qara dənizlə birləşdirir.

Seçilən
30
13
avtosfer.az

10Mənbələr