AZ

Serifikasiya imtahanı üzrə apellyasiya müraciətlərinin nəticələri AÇIQLANDI

18-20, 24 və 25 iyun tarixlərində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətləri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərildi.

Bu barədə AzEdu.az-a Təhsil İnstitutunun İnsan Resusları Mərkəzindən məlumat verilib.

Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılmış və bütün qiymətləndirmə vasitələri apellyasiya prosesi çərçivəsində təkrar yoxlanılmışdır. Nəticədə ibtidai sinif (rus bölməsi) üzrə 47-ci sırada təqdim edilmiş test tapşırığının şərtində xəta aşkar edilmişdir. Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi) üzrə isə 1, 42 və 49-cu sırada təqdim edilmiş test tapşırıqlarının iştirakçıların bilik və bacarıqlarının müəyyən edilməsi istiqamətində effektiv olmadığı təyin edilmişdir. Bu səbəbdən qeyd olunan test tapşırıqları üzrə nəticələr iştirakçıların xeyrinə nəzərə alınmaqla yenidən hesablanmışdır.

Seçilən
44
22
azedu.az

10Mənbələr