AZ

“Volkswagen Touareg”in istehsalı dayandırılır


“Volkswagen” 2026-cı ildə “Touareg” yolsuzluq avtomobilinin istehsalını dayandıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Autocar” jurnalı mənbələrə istinadən məlumat yayıb.
“İnsayderlər “Autocar”a bildiriblər ki, “Touareg” istehsalı 2026-cı ildə dayandırılacaq, bu yaxınlarda nümayiş etdirilən “Tayron” “Volkswagen”in Böyük Britaniyadakı ən böyük yolsuzluq avtomobili olacaq”, - nəşr qeyd edir.
Nəşr aydınlaşdırır ki, “Touareg”in istehsalının dayandırılması qərarı alman konserni üçün prioritetlərin dəyişməsini əks etdirir, “Tayron” daha geniş alıcı kütləsini cəlb edəcək “Touareg”ə sərfəli alternativi hesab edilir.
Qeyd edək ki, birinci nəsil “Touareg” yolsuzluq avtomobili 2002-ci ildə “Volkswagen”in model cərgəsində əlavə edildi. O, “Porsche Cayenne” ilə eyni platformada qurulub.
Seçilən
11
yeniavaz.com

1Mənbələr