AZ

Ukraynanın əraziləri Rusiya üçün rəsmiləşdirilir? Tramp-Putin görüşündə gizli plan ifşa oldu

ABŞ və Rusiya Ukraynada müharibənin dayandırılmasına dair razılaşma üzərində işləyir. Lakin bu sənədin şərtləri Ukraynanın maraqlarına zidd ola bilər və Rusiya ordusunun hazırda işğal etdiyi əraziləri qanuniləşdirə bilər. Bu barədə Bloomberg agentliyi məsələ ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Agentliyin yazdığına görə, sözügedən razılaşma gələn həftə Donald Tramp və Vladimir Putin arasında baş tutacaq şəxsi görüşdə müzakirə olunacaq. Hazırda Vaşinqton Kiyev və Avropa müttəfiqlərindən bu qeyri-müəyyən sənədə dəstək almağa çalışır.

Mənbələrin bildirdiyinə görə, Rusiya prezidenti Vladimir Putin razılaşma üçün aşağıdakı şərtləri irəli sürüb:

Ukrayna ordusu Donetsk və Luqansk vilayətlərindən tamamilə çıxarılmalıdır;

Kiyev Krımın Rusiya tərəfindən işğalını qəbul etməlidir.

Əvəzində Rusiya ordusu Xerson və Zaporojye vilayətlərində “mövcud cəbhə xətləri üzrə” hücum əməliyyatlarını dayandırmağa razılaşacaq.

Bu iddialar hələ ki rəsmi təsdiqini tapmayıb. Ukrayna tərəfi və onun müttəfiqləri razılaşmanın detalları və mümkün nəticələri ilə bağlı narahatlıqlarını ifadə ediblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
115
18
editor.az

10Mənbələr