AZ

"Yaşlı insanların bu havada küçə təmizliyinə cəlb olunması yolverilməzdir" — Deputat

"Qanunvericiliyə müvafiq olaraq, temperatur 40°C-dən yüksək olduqda açıq havada işlərin görülməsinə icazə verilmir. Məlumdur ki, bu il yayı çox isti keçir. Bəlkə də 40°C-dən altında olduğu məlumatı verilir, amma istənilən halda günün altında temperatur kifayət qədər yüksəkdir. Nəzərə alınmalıdır ki, küçə təmizliyinə daha çox yaşlı nəsil nümayəndələri cəlb olunub."

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.

Deputat deyib ki, isti havalarda onların qızmar günün altında küçələrin təmizlənməsində cəlb olunması da yolverilməzdir:

"Bir qədər axşam vaxtlarında və ya səhər tezdən günəşin hələ olmadığı dövrdə təmizliklərin görülməsi həyata keçirilə bilər.
Məndə olan məlumata görə, bir müddət bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən küçələrin təmizlənməsi üçün xüsusi maşınlar alınıb. Təəssüflər olsun ki, biz həmin maşınları görmürük, halbuki onların prosesə cəlb olunması olduqca yaxşı olardı. Xüsusilə də Avropa ölkələrində bu cür təmizlik maşınlarından istifadə olunmasını görürük. Bakıda da bu üsuldan istifadə olunmalıdır. Hesab edirəm ki, insan əməyindən daha az istifadə olunması məqbuldur. Bir neçə dəfə təmizlik işlərini görən şəxslərin avtomobillər tərəfindən vurulması da baş verib. Bütün bunları yerli qurumlar və xüsusilə Bakı Şəhər İcra Hakimiyyəti nəzərə almalıdır."

`Qeyd edək ki, paytaxtın Nəsimi rayonunda təmizlik işçiləri günorta saatlarında küçə təmizliyinə xəlb edilib.


Əfsanə Kamal
Demokrat.az
Seçilən
8
demokrat.az

1Mənbələr