AZ

Putin bu ilin sonunda Hindistana səfər edəcək

Bu ilin sonunda Rusiya Prezidenti Vladimir Putin Hindistana səfər edəcək.

Herbiand.az xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi özünün “X” hesabında Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı ilə bağlı məlumat verərkən bildirib.

O, Putinlə ətraflı və məhsuldar söhbət apardığını, ikitərəfli münasibətlərin inkişafının müzakirə olunduğunu qeyd edib.

Tərəflər iki ölkə arasında əlaqələrin dərinləşdirilməsinə sadiq olduqlarını vurğulayıblar.

Əlavə olaraq, Ukrayna mövzusunda da fikir mübadiləsi aparılıb.

Seçilən
27
12
herbiand.az

10Mənbələr