AZ

"Bavariya"nın futbolçusu "Əl-Nəsr"ə keçə bilər

BAKI, 8 avqust. TELEQRAF

Almaniyanın "Bavariya" klubunun futbolçusu Kinqsli Koman karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Teleqraf məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə "Əl-Nəsr" maraqlanır.

Tərəflərin artıq danışıqlara başladığı bildirilir. Mümkün transferin qiyməti və Komanın maaşı ilə bağlı təfərrüatlar hələlik açıqlanmır.

Qeyd edək ki, Kinqsli Koman 2015-ci ildən "Bavariya"dadır. O, ötən mövsüm ərzində Almaniya Bundesliqasında keçirdiyi 28 oyunda 5 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
44
19
teleqraf.com

10Mənbələr