AZ

Qarabağ Universitetinin müəllimi Türkiyədə fəlsəfə doktoru oldu - FOTOLAR

Qarabağ Universitetinin müəllimi Elxan Qurbanli Türkiyədə ali təhsilin ən yüksək pilləsi olan doktorantura səviyyəsini uğurla başa vuraraq iqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülüb.

Qeyd edək ki, E.Qurbanlı Türkiyədə ali təhsil aldığı müddətdə aktif ictimai fəaliyyəti ilə tanınıb. O, Azərbaycan və Türkiyə əlaqələrinə həsr olunmuş çoxsaylı tədbirlər təşkil edib, tələbələr arasında Azərbaycan dövlətçiliyinin təbliği istiqamətində xeyli işlər görüb.

2023-cü ildə qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra Azərbaycanlı tələbələrin böhran bölgələrindən təxliyyəsinə başlanıldıqda, Elxan Qurbanlı təxliyyədən könüllü imtina edərək Kahramanmaraşa qayıdıb, minlərlə köməksiz insanın zəruri qida ilə təmin olunmasında müstəsna xidmət göstərib. Onun bu fədakarlığı yerli medianın diqqətindən yayınmayıb. Anadolu Agentliyi Elxan haqqında xüsusi veriliş hazırlayıb.

E.Qurbanlı hazırda Qarabağ Universitetinin kafedra müdirinin müavinidir.

 

Seçilən
12
azerforum.com

1Mənbələr