"Beşiktaş" növbəti transferini rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, İstanbul nəhəngi "Lester"dən Vilfrid Ndidini heyətinə cəlb edib. Nigeriyalı futbolçu üçün İngiltərə klubuna 8 milyon avro ödənəcək.
Onunla 3+1 illik müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.