Rusiyanın Saratov vilayətinin məktəblərində üzü örtən əşyaların taxılması qadağan edilib.
Publika.az xəbər verir ki, “Tsennosti.RF” Telegram kanalı qeyd edir ki, qadağaya dini geyimlər də daxildir .
Kanal yerli hakimiyyət orqanlarının qəbul etdiyi sənəddən fraqmentə istinad edir: “Üzü örtən paltar geyinmək qadağandır”.
“Qadağa, xüsusən də niqaba aiddir”, - deyə kanal belə nəticəyə gəlib. Bölgədəki məktəblərdə üzün örtülməsinə bundan sonra yalnız tibbi səbəblərə görə icazə veriləcək.