Bakıda kişi spirtdən komaya düşüb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonunda Lənkəran rayon sakini, 1977-ci il təvəllüdlü Seyran Ədalət oğlu Zəkiyev koma vəziyyətində Qobustan qəsəbəsində yerləşən xəstəxanaya daxil olub və orada ölüb.
İlkin məlumata görə, S.Zəkiyev spirtli içkidən komaya düşüb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.