AZ

Tramp Netanyahuya qışqırdı: "Sübutlarım var"

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı ona qışqıraraq cavab verib.

Publika.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bildirilib ki, Netanyahunun iyulun 28-də Şotlandiyaya səfəri zamanı Trampın Qəzzada əsl aclıq olduğunu deməsindən sonra ABŞ prezidenti ilə telefon danışığı aparıb.

Netanyahu danışıq zamanı Trampa Qəzzada geniş yayılmış aclığın olmadığını və bunun HƏMAS tərəfindən uydurulduğunu deyib. Tramp isə Netanyahunun sözünü kəsərək qışqırmağa başlayıb. Bildirib ki, köməkçiləri ona Qəzzada uşaqların aclıqdan öldüyünə dair sübutlar göstəriblər və o, bunun “saxta” kimi təkzib edilməsini istəmir.

Seçilən
19
publika.az

1Mənbələr