AZ

“Allah verəndən yeyib-içirik...” - 77 yaşlı “Nəsimi”

Bu gün Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin doğum günüdür. 

Sənətkar “Qafqazinfo”ya açıqlamasında doğum gününü təntənəsiz, ailə üzvləri ilə birlikdə keçirdiyini deyib.

“Xüsusi restoran danışmamışıq. Doğum günümü evdə qeyd edirəm. Uşaqlarla oturmuşuq, Allah verəndən yeyib-içirik. Şükür Allaha, özümü yaxşı hiss edirəm. Təbrik edən hər kəsə təşəkkür edirəm”, - Xalq artisti qeyd edib.

Xatırladaq ki, R.Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub. Aktyor “Nəsimi”, “Babək”, “Dədə Qorqud” kimi məşhur filmlərdə canlandırdığı obrazları ilə sevilir. O, 1976-cı ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adları ilə, 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə isə “İstiqlal” ordeni ilə təltif olunub.

Sail Ağasəlim






Seçilən
18
2
qafqazinfo.az

3Mənbələr