AZ

Moratanın "Qalatasaray" macərası uzun çəkmədi - A Seriyasına qayıdacaq

Hazırda icarə əsasında "Qalatasaray"da çıxış edən və müqavilə ilə "Milan"a məxsus olan Alvaro Moratanın gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, 32 yaşlı hücumçu yenidən A Seriyasına qayıdacaq.

İspaniyalı forvard Sesk Fabreqasın baş məşqçisi olduğu "Komo" klubu ilə razılıq əldə edib.

İtaliya təmsilçisi bu transfer üçün "Qalatasaray"a 6 milyon, "Milan"a isə 10 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, İspaniya millisinin üzvü olan Morata bu ilin fevral ayından etibarən İstanbul klubunda çıxış edirdi. O, 16 rəsmi matçda 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Ronaldo het-trik etdi - “Əl-Nəsr” qalib gəldi - VİDEO

Tomas Parti La Liqa klubunda - RƏSMİ

Belçikalı futbolçu “Trabzonspor”da - RƏSMİ

“Çelsi”nin futbolçusu “Sanderlend”də

“Lev Yaşin” mükafatına namizədlər açıqlanıb

Seçilən
14
apasport.az

1Mənbələr