AZ

Sumqayıtda sərnişin avtobusu yanacaqdoldurma məntəqəsinə çırpıldı - Xəsarət alan var

Bakı. Trend:

Sumqayıtda sərnişin avtobusu yanacaqdoldurma məntəqəsinəçırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin başverməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranıb.

Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələriçağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İsuzu”markalı sərnişin avtobusu yol kənarındakı yanacaqdoldurmaməntəqəsinə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdəqalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildəsıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyatvasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvilverilib.

Məqalədə:
Seçilən
15
5
az.trend.az

10Mənbələr