AZ

CNN Ukrayna müharibəsinin mümkün ssenarisini açıqladı - ÖZƏL

ABŞ-nin CNN telekanalı 5 avqust tarixində Ukraynadakı müharibənin beş mümkün sonluğunu təqdim edib. Olaylar.az xəbər verir ki, telekanalın analizinə görə, bu ssenarilərdən biri Kiyev və NATO üçün "siyasi fəlakət"ə çevrilə bilər.
CNN-in yazdığına əsasən, həmin ssenarilərdən birində ABŞ və Rusiya arasında yaxınlaşma baş verir, nəticədə Ukrayna "taleyin ümidinə buraxılır". Bu halda Avropa Birliyi ABŞ-nin dəstəyi olmadan vəziyyəti dəyişə bilməz. Əgər Ukrayna prezidenti Volodimir Zelenski daha geniş səfərbərlik elan etməyə çalışsa, hərbi kadr çatışmazlığı Kiyevdə daxili siyasi böhran yaradacaq. Eyni zamanda, Rusiya ordusu cəbhədə irəliləməyə davam edəcək. Telekanal qeyd edir ki, Avropa Birliyi "Rusiyaya qarşı Ukrayna ərazisində vuruşmağı üstün tutsa da", bu ərazidə birbaşa hərbi müdaxilə hüququna malik deyil. Bu isə NATO daxilində vahid mövqenin olmamasına gətirib çıxara və Avropa üçün "geosiyasi kabus"a çevrilə bilər. CNN-in təqdim etdiyi digər ssenarilər isə bunlardır:
1Atəşkəsə razılıq - Prezident Vladimir Putinin qeyd-şərtsiz atəşkəsə razılaşması, lakin bu ssenari "son dərəcə az ehtimal olunan" sayılır.
Danışıqlar yolu ilə cəbhənin dondurulması - Tərəflər yeni danışıqlara razılaşır və təxminən oktyabr ayında cəbhə xətti dondurulur.
Qərbin dəstəyi ilə iki il daha davam - Ukrayna ABŞ və Avropa hərbi yardımları hesabına qarşıdakı iki ili dözə bilir. CNN bunu Kiyev üçün "ən yaxşı ehtimal edilə bilən" variant adlandırır.
 SSRİ-nin Əfqanıstan təcrübəsinin təkrarı - Rusiya bu ssenaridə öz müttəfiqlərini itirir və ABŞ-lə qarşıdurmaya qayıdır.
Xatırladaq ki, bu proqnozlar Rusiya ilə ABŞ arasında son təmaslar fonunda səslənib. Belə ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkofla görüş keçirib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamasına görə, yaxın günlərdə Vladimir Putin və Donald Tramp arasında görüş baş tuta bilər. Hazırda sammitin detalları üzərində iş aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
61
50
olaylar.az

10Mənbələr