AZ

Alyaskada tarixi görüş: Ukrayna kənarda Zelenskisiz atəşkəs mümkündür? ŞƏRH

Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

15 avqustda Alyaskada keçiriləcək Tramp-Putin görüşü beynəlxalq gündəmin əsas müzakirə mövzusuna çevrilib. Ukraynada davam edən müharibə fonunda təşkil olunan bu ilk üzbəüz təmas tərəflər arasında mümkün atəşkəs ehtimallarını gündəmə gətirsə də, real nəticələrin əldə olunacağına dair gözləntilər aşağıdır.Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski görüşə dəvət edilmədiyi üçün narazılığını ifadə edib və bu formatda aparılan danışıqlara etirazını bildirib. Zelenski açıq şəkildə bəyan edib ki, Ukrayna öz ərazi bütövlüyündən heç bir halda imtina etməyəcək və ərazilərinin bir hissəsini belə güzəştə getməyəcək.

Maraqlıdır görəsən, 15 avqust görüşündə tərəflər razılığa gələcəkmi? Bu dəfə Tramp atəşkəs istəyinə çata biləcək? Turkustan.az olaraq bu suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

Ayın 15-də keçiriləcək görüş əhəmiyyətli olsa da, həmin görüşdən radikal qərarların çıxacağı ehtimalı aşağıdır. Hazırkı şəraitdə Ukraynada müharibənin dayanması üçün uyğun şərtlərin formalaşdığını demək çətindir.

Bəli, hər şey əsasən Putinin verəcəyi qərardan asılıdır, lakin o, öz məqsədlərinə çatmadan müharibənin dayandırılmasına razı olmayacaq. Bu baxımdan düşünürəm ki, qarşıdakı görüş ilk üzbəüz təmas olmaqla yanaşı, eyni zamanda tərəflərin daha əvvəlki telefon danışıqlarında müzakirə etdikləri mövzuların davamı şəklində aparılacaq.

Ukrayna tərəfinin öz ərazi bütövlüyündən geri çəkilməyəcəkləri ilə bağlı verdiyi bəyanat da nəzərə alınmalıdır. Üstəlik, Ukrayna bu prosesə cəlb olunmadığı üçün müharibənin sona çatması ehtimalı xeyli aşağıdır. Belə olan halda, atəşkəs rejiminin əldə olunması yalnız Putinin qərarından asılıdır və bu ehtimal da olduqca zəif görünür.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
50
icma.az

10Mənbələr