Ağstafada yol-nəqliyyat qəzası baş verib. Hadisə rayonun Kösgər kənd yolunda qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Mətləb