“Real” və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem çiyin əməliyyatından sonra xeyli arıqlayıb.
Publika.az xəbər verir ki, 22 yaşlı futbolçu üç həftə əvvəl Londonda əməliyyat olunub və hazırda reabilitasiya prosesindədir. Bellinqem 2023-cü ilin noyabrında “Rayo Valekano” ilə oyunda çiyin çıxığı yaşadığından bəri bu problemlə üzləşirdi. Ağrılar və əlavə zədələrin qarşısını almaq üçün çiynini sarğı ilə bərkitmə zərurəti onu əməliyyata qərar verməyə vadar edib.
Futbolçu sosial şəbəkələrdə rezin lentlərdə məşq etdiyi və fizioterapevtlə işlədiyi videolar paylaşıb. Qoltuqaltından çiyinə qədər uzanan əməliyyat çapığı aydın görünür.
Heybət