AZ

“Qəbələ”nin baş məşqçisi: Hazırda yeganə narahat olduğumuz məqam budur

BAKI, 8 avqust. TELEQRAF

“Buraxdığımız qollar öz səhvlərimizin nəticəsi idi”.

Teleqraf xəbər verir ki, bunu “Sumqayıt”la yoxlama oyununda 2:2 hesablı heç-heçəyə razılaşan “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcüstanlı mütəxəssis gənc futbolçulara təcrübənin lazım olduğunu bildirib: “Oyunun sonuna yaxın ikinci mərkəz hücumçusuna şans verdik. Bu cür planlar hər zaman fikrimizdə olur. “Sumqayıt”la oyunda da bunu yoxladıq və nəticə etibarilə daha çox hücum şansımız yarandı”.

O, komandasının hazırlıq prosesindən razıdır: “Yeni transferlərimiz də oldu. Düzdür, hələ komandaya uyğunlaşa bilməyiblər. Buna isə müəyyən zaman lazımdır. Hazırda yeganə narahat olduğumuz məqam budur”.

Seçilən
158
2
teleqraf.com

10Mənbələr