"Football-plus.az" xəbər verir ki, bunu “Sumqayıt”la yoxlama oyununda 2:2 hesablı heç-heçəyə razılaşan “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis gənc futbolçulara təcrübənin lazım olduğunu bildirib:
“Oyunun sonuna yaxın ikinci mərkəz hücumçusuna şans verdik. Bu cür planlar hər zaman fikrimizdə olur. “Sumqayıt”la oyunda da bunu yoxladıq və nəticə etibarilə daha çox hücum şansımız yarandı”.
O, komandasının hazırlıq prosesindən razıdı:
“Yeni transferlərimiz də oldu. Düzdü, hələ komandaya uyğunlaşa bilməyiblər. Buna isə müəyyən zaman lazımdı. Hazırda yeganə narahat olduğumuz məqam budu”.