AZ

Çində turistlərin olduğu asma körpü uçub: Çoxlu sayda ölən və yaralanan var - VİDEO

Çinin şimal-qərbindəki mənzərəli turistik yerlərdən birində asma körpü uçub. Çayı keçən insanlar yıxılaraq xəsarət alıblar.


Sfera.az xəbər verir ki, ötən gün yerli vaxtla saat 18:18 radələrində Sincan-Uyğur Muxtar Rayonunun İli şəhərinin turizm zonasında çökmə baş verib. Yerli hakimiyyət ən azı 5 nəfərin öldüyünü bildirir.


Çin dövlət xəbər agentliyinin məlumatına görə, asma kabellərdən biri qopub, körpünün göyərtəsi əyilib və insanlar ondan aşağı düşməyə başlayıb.
 

Çin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza nəticəsində 5 nəfər ölüb, 24 nəfər yaralanıb. Sınıq körpüdən ümumilikdə 29 nəfər yıxılıb.
 

Asma körpünün çökməsinin nəticələrini əks etdirən video yayımlanıb.


Xəsarət alanlardan 22-si yüngül, digər ikisi isə ağır xəsarətlər alıb. Yerli hakimiyyət orqanları bildirir ki, yaralıların hamısı tibbi yardım üçün yerli xəstəxanalara çatdırılıb və onların heç birinin həyati təhlükəsi yoxdur.
 

Mediada yayılan videolarda qırılan asma körpünün çayın üzərində yan tərəfə söykəndiyi, bir hissəsinin qayalıq yerdən asılı olduğu görünür. Körpünün uçması zamanı göyərtədə qalan insanlar yan tordan yapışaraq onu keçməyə çalışıblar. Videolarda körpünün altında olan yaralıların yardım aldığı da görünür.
 

Faciənin araşdırılması zamanı turizm sahəsi ziyarətçilər üçün bağlanıb.
 

Qeyd edək ki, Syatata adlanan ərazi mənzərəli təbiət mənzərəsinə malikdir. Dağ keçidindən çay axır, vadi əmələ gətirir və bu ərazidə çoxlu mədəniyyət abidələri, xüsusən də qədim şəhərin xarabalıqları var.

 

Seçilən
24
sfera.az

1Mənbələr