AZ

Moskvanı 45 dərəcəyə istilər gözləyir

BAKI, 8 avqust. TELEQRAF

Moskvada yaxın illərdə həddindən artıq yüksək temperaturun qeydə alınacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu proqnozu “Moskva danışır” radiostansiyasına müsahibəsində qlobal ekoloji fəlakətlər üzrə mütəxəssis Aleksey Karnauxov səsləndirib.

Onun sözlərinə görə, temperatur 45 dərəcə Selsiyə çata bilər.

Ekspert deyib: "Hər il mən qorxuram ki, bizdə 2010-cu ildə baş verənlər daha qabarıq formada təkrarlana".

O, qeyd edib ki, söhbət 15 il əvvəl müşahidə olunan 40 dərəcə istidən deyil, 45°C-ə çatan daha ekstremal temperaturdan gedir. Karnauxov, həmçinin, belə iqlim şəraitində uzunmüddətli (iki aya qədər) quraqlıq potensialına diqqət çəkib.

Bir gün əvvəl isə Rusiya Federasiyasının Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand əsrin ortalarına qədər bütün Rusiyada temperaturun güclü artımını proqnozlaşdırmışdı.

Seçilən
116
4
teleqraf.com

10Mənbələr