Fransa, İtaliya və İspaniya həddindən artıq istilərdən əziyyət çəkir, bəzi ərazilərdə temperaturun 43 dərəcə selsiyə yüksələcəyi gözlənilir.
Bakues.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fransanın Milli Hidrometeorologiya Xidməti Meteo-France açıqlama yayıb.
Məlumata görə, qurum ölkənin 12 departamentini istilərlə əlaqədar qırmızı həyəcan vəziyyətinə salıb. Daha 41 departament, eləcə də Andorra narıncı zonaya daxil edilib.
Hidrometeorologiya xidmətinin proqnozuna görə, Fransanın cənub-qərbində temperaturun 43 dərəcə selsiyə yüksələcəyi gözlənilir.
Asim