AZ

Tomas Parti rəsmən “Vilyarreal”da

Qanalı dayaq yarımmüdafiəçisi Tomas Partinin "Vilyarreal"a keçidi rəsmiləşib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  32 yaşlı oyunçu "sarı sualtı qayıq"la iki illik müqavilə imzalayıb.

Beləliklə, Parti beş il sonra yenidən İspaniyaya qayıdır. O, 2020-ci ildə "Atletiko Madrid"dən İngiltərənin "Arsenal" klubuna transfer olunmuşdu. Ötən mövsüm başa çatdıqdan sonra təcrübəli yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi bitib və tərəflər əməkdaşlığı uzatmamağa qərar veriblər.

Transfermarkt portalının məlumatına görə, hazırda Tomas Partinin bazar dəyəri 14 milyon avrodur.

"Vilyarreal" ötən mövsüm La Liqanı beşinci sırada başa vurub. Bu nəticə kluba UEFA Çempionlar Liqasının ümumi mərhələsində iştirak hüququ qazandırıb. Partinin təcrübəsi və meydan mərkəzindəki liderliyi "Vilyarreal"ın avrokuboklardakı çıxışında mühüm rol oynaya bilər.

Seçilən
21
90deqiqe.az

1Mənbələr