İtaliyanın Rusiyadakı müvəqqəti işlər vəkili Covanni Skopa ölkə KİV-ində “davam edən anti-Rusiya kampaniyası” və “Romanın rəsmi Moskvanın mövqeyinə qarşı qeyri-mütənasib reaksiyası” səbəbindən Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilir ki, İtaliyanın aparıcı KİV-inin anti-Rusiya fəaliyyəti iki ölkə arasında münasibətlərdə böhranın daha da kəskinləşməsinə səbəb olur:
“Bu, ikitərəfli dialoqda tənəzzülə gətirib çıxarır və konstruktiv qarşılıqlı əlaqənin bərpasına mane olur”.