UFC azərbaycanlı döyüşçü Rafael Fiziyevin növbəti rəqibini açıqlayıb.
Teleqraf təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı idmançı Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək "UFC Döyüş Gecəsi"ndə Çarlz Oliveyra ilə qarşılaşacaq.
Fiziyevlə braziliyalı döyüşçünün döyüşü oktyabrın 11-də təşkil olunacaq.
Qeyd edək ki, Çarlz Oliveyra son döyüşündə gürcüstanlı İliya Topuriyaya nokautla uduzaraq yüngül çəkidə çempionluq kəmərini əldən verib. Rafael Fiziyev isə Bakıdakı turnirdə çilili İqnasio Bahamondesi hakimlərin qərarı ilə məğlub edib.